...

Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsin cinayət işinə xitam verilib

Cəmiyyət Materials 5 Mart 2010 12:44 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Salyan rayon sakini Elçin Hüseynovun cinayət işi üzrə keçirilən prosesdə cinayət işinə xitam verilməsi ilə bağlı qərar elan edilib.
Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsin cinayət işinə xitam verilib

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsin cinayət işinə xitam verilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Salyan rayon sakini Elçin Hüseynovun cinayət işi üzrə keçirilən prosesdə cinayət işinə xitam verilməsi ilə bağlı qərar elan edilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə cinayətin müddətinin keçməsi ilə bağlı Hüseynovun cinayətinə xitam verilib.

Hüseynov 1997-ci ilin iyununda bacısı Elnarə Hüseynovanı boğaraq qətlə yetirib. Ailədə baş verən cinayət hüquq-mühafizə orqanları tərəfindən gizlədilib.

Ötən ilin oktyabrında Salyan rayonu, Cəfər Cabbarlı küçəsi, ev 48-də yaşayan Hüseynovlar ailəsində bələdiyyə seçkiləri ilə bağlı qeydiyyat aparılarkən cinayətin üstü açılıb. Elnarə Hüseynovanın qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamaması, sorğu zamanı ailə üzvlərinin bir-birinə zidd məlumatlar verməsi şübhə yaradıb.

Məlum olub ki, 1997-ci il iyun ayında Salyan şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 48-də yaşayan, əvvəllər məhkum olunmuş Elçin Hüseynov anası Taisə ilə əlbir olaraq bacısı Elnarəni qısqanclıq zəminində boğaraq öldürüblər.

Dindirmə zamanı Taisə Hüseynova qızını əxlaqsız hərəkətlər etdiyinə görə əvvəlcə özünün öldürdüyünü söyləsə də, sonra qətlin oğlu tərəfindən törədildiyini etiraf edib. Qızının pis yola düşməsindən narahat olan ana namusunu təmizləmək üçün Elnarəni qətlə yetirməyi məsləhət görüb.

Məlum olub ki, Hüseynov bacısını öldürdükdən sonra Kür çayına atıb.

Hüseynov Cinayət Məcəlləsinin təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə (120.2.9) maddəsi ilə ittiham olunurdu.

Xəbər lenti

Xəbər lenti