...

Azərbaycanda əsgərlərə işgəncə verməkdə ittiham olunan bir qrup hərbi qulluqçunun məhkəməsi başlayıb

Cəmiyyət Materials 5 Mart 2010 12:49 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - Altay Məmmədov, Əziz Abdullayev, Rəşad Rzayev, Vahid Əhmədov, Elvin Qurbanov və Adil Xiyilovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Azərbaycanda əsgərlərə işgəncə verməkdə ittiham olunan bir qrup hərbi qulluqçunun məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda əsgərlərə işgəncə verməkdə ittiham olunan bir qrup hərbi qulluqçunun məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi MəhkəməMüdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - Altay Məmmədov, Əziz Abdullayev, Rəşad Rzayev, Vahid Əhmədov, Elvin Qurbanov və Adil Xiyilovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən şəxslər xidmət etdikləri hərbi hissədə əsgər yoldaşlarına qarşı nizamnamədənkənar hərəkət edərək, onları təhqir edib, döyüb və işgəncə veriblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə (331.3), bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə (332.2.3), soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (180.2.1), soyğunçuluq təkrar törədildikdə (180.2.2), insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə (180.2.4), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zor tətbiq etmə ilə hədə-qorxu gəlmə (182.2.1, 182.2.2, 182.2.3), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bir qrup şəxs tərəfindən törədildikdə (341.2.1) maddələri ilə ittiham edilirlər.

Xəbər lenti

Xəbər lenti