...

Azərbaycanda yeni dövlət sifarişi ilə tələbə və magistrlərin qəbulu geniş imkanlar yaradacaq - Məleykə Abbaszadə

Cəmiyyət Materials 5 Mart 2010 12:56 (UTC +04:00)
Azərbaycanda yeni dövlət sifarişi ilə tələbə və magistrlərin qəbulu onlar üçün geniş imkanlar yaradacaq. Bu mexanizm tətbiq olunandan sonra abituriyent ali məktəbə daxil olarkən müqavilə imzalaya biləcək və buna əsasən, ali məktəbi bitirdikdən sonra təyinat əsasında iş yeri ilə təmin olunacaq.
Azərbaycanda yeni dövlət sifarişi ilə tələbə və magistrlərin qəbulu geniş imkanlar yaradacaq - Məleykə Abbaszadə

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanda yeni dövlət sifarişi ilə tələbə və magistrlərin qəbulu onlar üçün geniş imkanlar yaradacaq. Bu mexanizm tətbiq olunandan sonra abituriyent ali məktəbə daxil olarkən müqavilə imzalaya biləcək və buna əsasən, ali məktəbi bitirdikdən sonra təyinat əsasında iş yeri ilə təmin olunacaq. Trend -un məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü magistr jurnalının ilk nömrəsinin təqdimatına həsr olunmuş tədbirdə bildirib.

"Ötən illərdə konkret ali təhsil müəssisələrində hər ixtisas üzrə müəyyən olunmuş qədər pullu və pulsuz qəbul planı var idisə, yeni mexanizmə görə, artıq tələbələrin seçiminə əsasən həmin ixtsasların formalaşması baş tutacaq. Yeni mexanizm bir neçə il sonra qəbul üçün hazırlaşan tələbələrə də əmək bazarında daha çox tələbat olan ixtisasları seçmələrinə şərait yaradacaq", - Abbaszadə bildirib.

Bu il aprelin 10-dan etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hər həftənin cümə günü abituriyentlərin və magistraturaya qəbul olunmaq istəyən bakalavrların suallarını cavablandıracaq.

Xəbər lenti

Xəbər lenti