...

Azərbaycan Mətbuat Şurasına qarşı iddia təmin edilməyib

Cəmiyyət Materials 5 Mart 2010 18:33 (UTC +04:00)
Bu gün Bakı şəhər 1 saylı Yerli İqtisad Məhkəməsində "Mozalan" jurnalının Azərbaycan Mətbuat Şurasına qarşı iddiası əsasında məhkəmə prosesi yekunlaşıb. Hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçirilən proses nəşrin Şuraya qarşı iddiasının təmin edilməməsi ilə yekunlaşıb.
Azərbaycan Mətbuat Şurasına qarşı iddia təmin edilməyib

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Hüseynbala/

Bu gün Bakı şəhər 1 saylı Yerli İqtisad Məhkəməsində "Mozalan" jurnalının Azərbaycan Mətbuat Şurasına qarşı iddiası əsasında məhkəmə prosesi yekunlaşıb. Hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçirilən proses nəşrin Şuraya qarşı iddiasının təmin edilməməsi ilə yekunlaşıb. Bu barədə cümə günü Mətbuat Şurası məlumat yayıb.

Adı Şuranın "reket nəşr"lər üçün müəyyənləşdirdiyi "qara siyahı"da yer alan jurnalın rəhbərliyi bu ictimai qınaqla razılaşmayaraq MŞ-nin qərarının ləğvi, mənəvi ziyana görə qarşı tərəfin 100 min manat məbləğində cərimələnməsi üçün həmin məhkəməyə müraciət təqdim etmişdi.

Xəbər lenti

Xəbər lenti