...

Təhsil naziri Azərbaycanda narkoman tələbələrin sayının çox olması barədə məlumatı həqiqətəuyğun hesab etmir

Cəmiyyət Materials 9 Mart 2010 16:05 (UTC +04:00)
Azərbaycanın təhsil naziri ABŞ Dövlət Departamentinin "Narkotiklərə nəzarət strategiyası 2010" bəyanatında göstərilən məlumatları həqiqətəuyğun olmayan adlandırıb.
Təhsil naziri Azərbaycanda narkoman tələbələrin sayının çox olması barədə məlumatı həqiqətəuyğun hesab etmir

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri ABŞ Dövlət Departamentinin "Narkotiklərə nəzarət strategiyası 2010" bəyanatında göstərilən məlumatları həqiqətəuyğun olmayan adlandırıb. Məlumatda deyilir ki, Azərbaycanda tələbələr arasında kifayət qədər çox narkoman var.

"Mən bu fikirlərlə qətiyyən razı deyiləm, bu, Azərbaycan xalqı üçün təhqiredici bir fikirdir", - təhsil naziri Misir Mərdanov deyib.

Cari il martın 2-də yayılan hesabatda qeyd edilir ki, Azərbaycanda tələbələrin 30-35 faizi narkotikdən asılıdır.

Təhsil naziri media nümayəndələrini bu məsələ ilə bağlı yanlış məlumatları yaymamağa çağırıb.

Xəbər lenti

Xəbər lenti