Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir A.Hüseynbala/
Azərbaycana Rusiyanın media ekspertləri gələcək.
"Söz Azadlığını Müdafiə Fondu (SAMF) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun təşkilatçılığı ilə "Rusiya mediası kontekstində müasir mətbuatın problemləri" mövzusunda "dəyirmi masa" keçiriləcək", - çərşənbə günü Trend -a SAMF-dan bildirilib.
Azərbaycan və Rusiya mediasının problemlərinin müzakirə olunacağı tədbirdə 1992-ci ildən Rusiya Jurnalistlər Birliyinə sədrlik edən, 15 illik qəzetçilik təcrübəsi olan, SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Mərkəzi Televiziya proqramlarının baş direktoru vəzifəsində çalışmış Vsevolod Boqdanov da iştirak edəcək. "Bundan başqa, birliyin katibləri - hüquq elmləri doktoru, professor Fedotov və Rusiya Federasiyasının qəhrəmanı Baturin də Bakıya gələcəklər", - məlumatda vurğulanır.
Tədbirdə Rusiyada medianın mövcud durumu barədə geniş məlumatlar verildikdən sonra, Azərbaycan və Rusiya mediasının problemləri və inkişaf istiqamətləri qarşılıqlı təhlillər əsasında müzakirə olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]