...

Azərbaycanda narkomanlara qarşı yeni tendensiyalara keçiləcək

Cəmiyyət Materials 11 Mart 2010 16:38 (UTC +04:00)
Azərbaycanda narkotik maddələrdən istifadə edən şəxslərə qarşı yeni tendensiyalara keçmək lazımdır. Hökumət belə hesab edir.
Azərbaycanda narkomanlara qarşı yeni tendensiyalara keçiləcək

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir S.Ağayeva/

Azərbaycanda narkotik maddələrdən istifadə edən şəxslərə qarşı yeni tendensiyalara keçmək lazımdır. Hökumət belə hesab edir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik maddələrdən istifadə edən şəxslərə qarşı yeni tendensiyalara keçmək lazımdır. Bu, narkomanlara cinayətkar kimi deyil, xəstə kimi baxılmasını və onların müalicəyə cəlb olunmasını nəzərdə tutur. Bunu Baş nazirin müavini, Narkomanlığa və Narkotik Maddələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov cümə axşamı komissiyanın iclasında deyib.

"BMT-nin hesabatlarına görə, ötən il bütün dünyada narkotik maddə istehsalının səviyyəsinin azalması müşahidə edilib", - Həsənov deyib. O, təəssüflə qeyd edib ki, Azərbaycanda bu problemə dair statistik məlumatlar hələ də reallığı əks etdirmir. Belə ki, Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il narkotik maddədən istifadə edən 2185 nəfər qeydə alınıb. Beləliklə, narkomanların sayı 23 927 nəfərə çatıb.

2009-cu ildə 3260 fakt üzrə 2 ton 500 kq müxtəlif növ narkotik maddə müsadirə edilib. Bu, 2008-ci ildə olduğundan 280 kq çoxdur.

Cinayət faktları üzrə 2741 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Dövlət Komissiyasının işçi qrupunun hesabatında bildirilir. Cinayət məsuliyyətinə cəlb olunmuş 98 xarici vətəndaşdan 386 kq-dan çox narkotik maddə müsadirə edilib.

Komissiyanın işçi qrupunun rəhbəri Araz Əliquliyevin sözlərinə görə, narkotik maddələrin əsas hissəsi Azərbaycana İrandan gətirilir.

Xəbər lenti

Xəbər lenti