Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir M.Əliyev/
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Gənclər və İdman Nazirliyi cümə axşamı ölkədə gənclər siyasətinin inkişafında xidmətlərinə görə şəxslər və təşkilatların "Fəxri Gənc" mükafatı ilə təltif edilməsi mərasimini keçiriblər.
"Gəncləri ən çox dəstəkləyən yerli qeyri - hökumət qurumu" nominasiyasında mükafat Heydər Əliyev Fonduna verilib. Fond milli mənəvi dəyərlərinə sadiq olan gəncliyinin tərbiyəsinə, gənclərin biliklər və istedadlarının həyata keçirilməsi üçün imkan yaratmasına və sosial problemlərinin aradan qaldırılmasına görə mükafata laiq görülüb.
"Gənclərin beynəlxalq əlaqələrinin inkişafında və Mədəniyyətlərarası dialoqda göstərdiyi tövhəyə görə" nominasiyasında mükafat Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyin başçısı, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevaya verilib. Leyla Əliyeva Rusiyada minlərlə gəncləri birləşdirən Gənclər Təşkilatının platformasının yaratması təşəbbüsü və 30-dan çox ölkədə uğurla davam edən "Xocalıya ədalət" kampaniyasının keçirilməsi təşəbbüsünə görə mükafata laiq görülüb.
"Gəncləri ən çox dəstəkləyən dövlət qurumunun başçısı" nominasiyasında mükafat Gənclər və İdman Naziri Azad Rəhimova verilib.
"Gənclərin təşkilatlanmasında göstərilən xidmətlərə görə" mükafata Gənclər Təşkilatları Milli Şurasının keşmiş sədri Əkrəm Abdullayev, "Gənclərin hərbi - vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərə görə" mükafata Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurasının sədri polkovnik Novruzəli Orucov, "Mədəniyyət və incəsənət sahəsində nailiyyətlərə görə" mükafata Aysel Teymurzadə, "İdman sahəsində nailiyyətlərinə görə" mükafata Cəbrayıl Həsənov, Ayla Əhmədova və Dilarə Sultanova, "Gəncləri ən çox dəstəkləyən biznes qurumu" mükafatına AGBank laiq görülüb.
Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradovun sözlərinə görə, üçüncü dəfə keçirilən "Fəxri Gənc" mükafatı ilə təltif edilmə mərasimi gənclərin vətənpərvərliyinin və biliklərinin artırılması üçün stimuldur. " Bu mükafatın digər mükafatlardan fərqi ondan ibarətdir ki, həm şəxslərə, həm təşkilatlara, həm də gənc olmayan, gənclər siyasətinin inkişafında xidmətləri olan insanlara verilir", - Muradov deyib.
Gənclər və İdman Naziri Azad Rəhimovun sözlərinə görə, "Fəxri Gənc" gənclər siyasəti sahəsində işləyən şəxslər və təşkilatlar üçün ən yüksək mükafatdır.
"Fəxri Gənc" mükafatı ilə təltif edilməsi mərasimi ilk dəfə 2001-ci ildə keçirilmişdir, mükafatın ilk sahibi ümummilli lider Heydər Əliyev olmuşdur.