...

İkitərəfli münasibətlər tarixində ilk dəfə olaraq Meksikada Azərbaycan mədəniyyəti günləri keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Mart 2010 12:57 (UTC +04:00)
Ötən həftə Azərbaycanın Meksikadakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizim Nazirliyinin iştirakı ilə bu ölkədə Azərbaycan mədəniyyəti günləri keçirilib.
İkitərəfli münasibətlər tarixində ilk dəfə olaraq Meksikada Azərbaycan mədəniyyəti günləri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir S.Ağayev/

Ötən həftə Azərbaycanın Meksikadakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizim Nazirliyinin iştirakı ilə bu ölkədə Azərbaycan mədəniyyəti günləri keçirilib.

Azərbaycan və Meksika arasında ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq Meksikanın Milli Antropologiya Muzeyinin böyük zalında Azərbaycanın incəsənət xadimlərinin iştirakı ilə təntənəli konsertlə mədəniyyət günlərinin açılışı keçirilib. Konsertdə xalq musiqisi ifaçıları, dövlət rəqs ansamblı, gənc muğam ifaçıları, həmçinin, "Şərq məşəli" uşaq qrupu iştirak edib. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin məlumatında deyilir.

Keçirilən mədəniyyət günləri çərçivəsində İsfar Sarabski və Emil Məmmədovun iştirakı ilə caz konserti, həmçinin, ənənəvi milli qadın geyimlərinin nümayişi qonaqlara unudulmaz təəssürat bağışlayıb.

Ölkənin nüfuzlu universitetlərindən biri olan Toluka şəhərindəki Meksika Universitetində, həmçinin, Azərbaycan musiqiçilərinin və rəqs kollektivlərinin konserti keçirilib. Konsertdə Toluka şəhərinin meri Mariya Yelena Barrera Tapiya və universitetin rektoru Eduardo Qaska Plieqo iştirak ediblər.

Bütün bu günlər ərzində Meksikanın mərkəzi kinoteatrlarından biri olan "Cinepolis Diana" kinoteatrında Azərbaycan Kinematoqrafiya Fondunun sənədli və bədii filmləri nümayış etdirilib.

Azərbaycanın Meksikada keçirilən Mədəniyyət günləri çərçivəsində Meksikanın Akapulko şəhərində böyük turizm mərkəzlərnin birində Azərbaycanın mədəniyyət və turizim naziri Əbülfəs Qarayev ilə Meksika ştatının turizm inkişafı naziri Gerero Ernesto Rodriges Eskalono ilə görüşü keçirilib. Görüşdə iki ölkə arasında turizim sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi planları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti