...

Bakıda yuniorlar arasında akrobatika üzrə Azərbaycan Birinciliyi keçiriləcək

Cəmiyyət Materials 15 Mart 2010 14:42 (UTC +04:00)
17-18 mart tarixlərində Bakıda yuniyorlar arasında VI Azərbaycan birinciliyi keçiriləcək. Bu barədə Azərbaycanın Gumnastika Federasiyasının məlumatında deyilir.
Bakıda yuniorlar arasında akrobatika üzrə Azərbaycan Birinciliyi keçiriləcək

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir M.Əliyev/

17-18 mart tarixlərində Bakıda yuniyorlar arasında VI Azərbaycan birinciliyi keçiriləcək. Bu barədə Azərbaycanın Gumnastika Federasiyasının məlumatında deyilir. Yarışda 48 akrobat iştirak edəcək. Bakı gimnastika məktəbinin və "Neftçi", "Təhsil", paytaxtın Nizami rayonunun idman məktəblərinin idmançıları, həmçinin, Dəvəçidən olan idmançılar öz məharətlərini göstərəcəklər.

Akrobatlar iki kateqoriyaya - yuniyorlar və yaş qruplarına bölünəcək və şəxsi çoxnövlük üzrə mübarizə aparacaqlar.

Səkkiz qadın cütlüyü, dörd kişi qrupu, iki qarışıq və altı kişi cütlüyü iştirak edir.

Xəbər lenti

Xəbər lenti