...

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçuların məhkəməsi başlayıb

Cəmiyyət Materials 15 Mart 2010 15:42 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri - Məhəmməd Paşayev və Rahib Əliyevin cinayət işi üzrə məhkəmə prosesində prokuror ittiham aktını elan edib.
Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçuların məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçuların məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə MəhkəməMüdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri - Məhəmməd Paşayev və Rahib Əliyevin cinayət işi üzrə məhkəmə prosesində prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) maddəsi ilə ittiham olunurlar. Onlar xidmət etdikləri hərbi hissənin düşmənlə üzbəüz postunda olarkən, erməni xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən casusluğa cəlb ediliblər.

Xəbər lenti

Xəbər lenti