...

İran Prezidenti İKT baş katibinin müavini vəzifəsinə ziyalı qadınlardan birinin seçilməsini təklif edib

Cəmiyyət Materials 17 Mart 2010 14:35 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğluna məktub yazaraq ona öz müavini vəzifəsinə İslam ölkələrindən ziyalı qadınlardan birinin seçilməsini təklif edib.
İran Prezidenti İKT baş katibinin müavini vəzifəsinə ziyalı qadınlardan birinin seçilməsini təklif edib

İran Prezidenti Mahmud Əhmədinejad İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğluna məktub yazaraq ona öz müavini vəzifəsinə İslam ölkələrindən ziyalı qadınlardan birinin seçilməsini təklif edib. Bu barədə Trend İran Prezident Administrasiyasının rəsmi xəbər saytına istinadən məlumat yayıb.

Əhmədinejad məktubda bildirib ki, İslam dini qadınlara və onların ictimaiyyətdə roluna böyük əhəmiyyət verir. "İKT-nin qadınların rolunun idarəetmədə artırılması məqsədi ilə verdiyi qərarını nəzərə alaraq, həmçinin onların İslam ictimaiyyətində vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təklif edirəm ki, öz müavinlərinizdən birinin yerinə İslam ölkələrindən olan ziyalı qadınlardan birini seçəsiniz", - məktubda deyilir.

"Sizin tərəfinizdən atılacaq addım İKT tərəfindən qadınların vəziyyətinin yaxşılaşdırılmasını dəstəkləyən bir addım olacaq", - Əhmədinejad qeyd edib.

Xəbər lenti

Xəbər lenti