...

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək

Cəmiyyət Materials 17 Mart 2010 15:03 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, komitə sədri Hidayət Orucovun Səudiyyə Ərəbistanına səfəri bu ölkənin İslam Məsələləri, Vəqflər, Dəvət və İrşad Nazirliyinin dəvəti ilə martın 18-də baş tutacaq.
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, komitə sədri Hidayət Orucovun Səudiyyə Ərəbistanına səfəri bu ölkənin İslam Məsələləri, Vəqflər, Dəvət və İrşad Nazirliyinin dəvəti ilə martın 18-də baş tutacaq.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanının müvafiq qurumları ilə əlaqələrin inkişafı, həmçinin din sahəsinə aid qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın perspektivi ölkələrimiz arasındakı mövcud münasibətlər kontekstində öyrəniləcək.

Rəsmi səfərin proqramında Hidayət Orucovun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi keçiriləcək.

Səfər proqramına dövlət və hökumət nümayəndələri ilə yanaşı, Krallığın elm və mədəniyyət xadimləri, Diplomatiya Universitetinin müəllim və tələbə heyəti ilə görüşlər də daxildir.

Xəbər lenti

Xəbər lenti