...

Ərəb ölkələrinin mətbuatında Qarabağ haqqında demək olar ki, məlumat yoxdur – "Yeni zaman" qəzetinin baş redaktoru

Cəmiyyət Materials 18 Mart 2010 17:20 (UTC +04:00)
Təəssüfləndirici haldır ki, ərəb ölkələrinin mətbuatında Qarabağ haqqında demək olar ki, məlumat yoxdur. Bu barədə Trend News-a martın 11-dən 14-dək Türkiyədə beynəlxalq forumda iştirak etmiş "Yeni Zaman" - "Novoye vremya" qəzetlərinin baş redaktoru Şakir Habiloğlu bildirib.

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir T.Hacıyev/

Təəssüfləndirici haldır ki, ərəb ölkələrinin mətbuatında Qarabağ haqqında demək olar ki, məlumat yoxdur. Bu barədə Trend -a martın 11-dən 14-dək Türkiyədə beynəlxalq forumda iştirak etmiş "Yeni Zaman" - "Novoye vremya" qəzetlərinin baş redaktoru Şakir Habiloğlu bildirib.

Martın 11-dən 14-dək Türkiyədə Yaxın Şərq ölkələri - Misir, Qətər, Tunis, Yəmən, Oman, İraq, İordaniya, İran, Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Livan, Liviya, Küveyt, Sudan, Kipr və Azərbaycandan olan KİV nümayəndələrinin iştirak etdiyi beynəlxalq forum keçirilib. Forum çərçivəsində jurnalistlər Türkiyənin hökumət nümayəndələri, millət vəkilləri və iş adamları ilə görüşlər keçiriblər.

Hüseynoğlu forum çərçivəsində Yaxın Şərq ölkələrindən olan jurnalistlər və ərəb təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. Elm, incəsənət, mədəniyyət və turizm sahəsində fəaliyyət göstərən TASKA təşkilatının baş katibi Məhəmməd Adil ilə görüşdə Azərbaycan-ərəb təşkilatının yaradılması planları barədə məlumat verilib. Qeyd olunub ki, ərəb ölkələrinin mətbuatında Qarabağ haqqında az məlumat var. Belə bir təşkilatın yaradılması Azərbaycanın təbliğində mühüm rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti