...

Azərbaycanda gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərə prokuror iş istəyib

Cəmiyyət Materials 18 Mart 2010 17:40 (UTC +04:00)
Məhkəmədə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Natiq Aslanov, "Kompaniya FF" MMC-nin rəhbəri Fikrət Qasımov, onun qardaşı Fərhad Qasımov, Bakı şəhər sakinləri - İlham Həsənov, Rövşən Məmmədov, İlqar Salayev, Elxan Hüseynov, Əlixan Hüseynov, Knyaz Əliyev, Tərtər rayon sakini Xanlar Quliyevin cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib.
Azərbaycanda gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərə prokuror iş istəyib

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərin məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Natiq Aslanov, "Kompaniya FF" MMC-nin rəhbəri Fikrət Qasımov, onun qardaşı Fərhad Qasımov, Bakı şəhər sakinləri - İlham Həsənov, Rövşən Məmmədov, İlqar Salayev, Elxan Hüseynov, Əlixan Hüseynov, Knyaz Əliyev, Tərtər rayon sakini Xanlar Quliyevin cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Aslanovun 6 il, Fikrət Qasımovun 7 il, Fərhad Qasımovun 6 il, Həsənovun 6 il, Məmmədovun 7 il, Salayevin 5 il, Elxan Hüseynovun 6 il, Əlixan Hüseynovun 7 il, Əliyevin 6 il, Quliyevin 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslər 2009-cu ilin avqustunda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Dəstə üzvləri cinayət əlaqəsinə girərək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsalat sexini hazır məhsul anbarı ilə birləşdirən hissədən gizli yolla yeraltı boru xətti çəkərək benzin oğurlamaqda təqsirli bilinirlər.

Dəstə üzvləri yeraltı boru xətti vasitəsilə avtomobillərlə Aİ-95 markalı benzin oğurlayaraq satışı ilə məşğul olublar.

Onlar Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən, küllü miqdarda ziyan vurmaqla oğurluq etmək (177.3.1, 177.3.2) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti