...

Misir Prezidenti "əl-Əzhər" Universitetinin yeni şeyxini təyin edib

Cəmiyyət Materials 19 Mart 2010 18:10 (UTC +04:00)
Əhməd Məhəmməd Əhməd ət-Tayyib "əl-Əzhər" İslam Universitetinin yeni şeyxi təyin edilib. O, bu postda ötən həftə vəfat etmiş şeyx Мəhəmməd Seyid Tantavini əvəz edəcək.
Misir Prezidenti "əl-Əzhər" Universitetinin yeni şeyxini təyin edib

Əhməd Məhəmməd Əhməd ət-Tayyib "əl-Əzhər" İslam Universitetinin yeni şeyxi təyin edilib. O, bu postda ötən həftə vəfat etmiş şeyx Мəhəmməd Seyid Tantavini əvəz edəcək. Məlumatı Yaxın Şərq xəbərlər agentliyi yayıb.

Cümə günü Misir Prezidenti Hüsni Mübarəkin verdiyi fərmana görə, Əhməd Məhəmməd Əhməd ət-Tayyib İslam dünyasında mötəbər sayılan "əl-Əzhər" Universitetinin şeyxi təyin olunub.

Ət-Tayyip 2003-cü ildən "əl-Əzhər" Universitetinin rektorudur. O, bu postu Misir müftilərindən biri olduqdan sonra tutub.

81 yaşlı şeyx Tantavi ötən həftə Səudiyyə Ərəbistanında səfərdə olarkən ürək tutmasından vəfat edib.

"Əl-Əzhər" Universiteti X əsrdə təsis edilib və Qahirənin tarixi hissəsində yerləşən məscidin adını daşıyır. O, indiyədək İslamda sünni təriqətində mərkəzi yeri tutur.

Universitetin üləmaları fətva, bu və ya digər hərəkətin islam normalarına uyğunluğu haqqında dini rəy verirlər.

Universitetə şeyx təyin etmək hüququ Misir Prezidentinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti