...

Almaniyada Novruz bayramı tədbirləri keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Mart 2010 23:05 (UTC +04:00)
Almaniyada Novruz Bayramı münasibətilə bir neçə tədbir keçirilib
Almaniyada Novruz bayramı tədbirləri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 mart / Trend /

Almaniyada Novruz Bayramı münasibətilə bir neçə tədbir keçirilib, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyin məlumatında deyilir.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Novruz Bayramı uşaqların ifasında maraqlı bədii proqramla qeyd olunub. Kiçik yaşlı soydaşlarımız "Novruz tövhələri" adlı musiqili-bədii bayram şənliyində Novruza aid şeirlər söyləyib, mahnılar oxuyub, oyunlar oynayıb, rəqs ediblər. Uşaqlar rəmzi bayram tonqalı da qalayıblar. AAKM-nin icraçı direktoru Samirə Patzer Ismayılova uşaqları bayram münasibətilə təbrik edərək, onlara Novruz Bayramının tarixi və adətləri barədə məlumat verib. O, kiçik soydaşlarımızın ana dilində sərbəst danışmasını, milli adətlərimizə bağlı olmasını, onların öz alman və digər xalqlardan olan dostlarına xalqımız haqqında bilgilər verməsini yüksək qiymətləndirib və buna görə bütün valideynlərə təşəkkür edib. Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səadət Məmmədova Dövlət Komitəsi rəhbərliyinin bayram təbriklərini soydaşlarımıza çatdırıb. O, Novruz Bayramını xarici ölkələrdə yaşayan həmvətənlərimizin yüksək səviyyədə qeyd etməsini, bunun mədəniyyətimizi və xalqımızın adət-ənənələrini dünyada tanıtması işində önəmini qeyd edib və bildirib ki, bu il BMT-nin martın 21-ni Beynəlxaql Novruz Günü elan etməsi və Novruz Bayramını dünyanın qeyri-maddi irsinin siyasıhına daxil etməsi çox sevindirici hadisədir. Onun sözlərinə görə, bu qərar Azərbaycan mədəniyyətinin dünyada daha geniş təbliginə və Novruz vasitəsilə folklorumuzu, milli adətlərimizi digər ölkələrdə daha ətraflı tanıdılmasına imkan verəcək. Qeyd edək ki, AAKM-dəki uşaqların bayram tədbirinin ssenarisi Naibə Turala, musiqi hissəsinin hazırlanması isə Kamalə Məmmədovaya məxsus idi.  

Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində Novruz Bayramı qeyd olunub. Tədbirdə qonaqları salamlayan Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Novruz bayramı, onun tarixi, xalqımızın qədim mədəniyyətinin dünyada tanıdılmasında bu bayramın rolu, eləcə də Azrbaycan dövlətinin Novruz Bayramına verdiyi önəm, hər il bu bayramın ölkəmizdə yüksək səviyyədə və təntənə ilə keçirilməsi barədə məlumat verib. Səfirlikdə keçirilən bayram tədbirində Bundestaqın üzvü, eks iqtisadiyyat naziri M.Qlos, Bundestaqın xarici əlaqələr komissiyasının üzvü, Xristian Demokrat Partiyasının xarici məsələlər üzrə sözçüsü Mistfelder, Bundestaqda Xristian Demokratlar və Xristian Sosialistlər fraksiyasının icraçı katibi M.Qrunt, islam elmləri üzrə alim, professor Ştaynbax, Bundestaqın, Almaniya XİN-nin əməkdaşları, alimlər, Almaniya ictimaiyətinin tanınmış nümayəndələri iştirak ediblər. Bayram mərasimində Azərbaycandan dəvət olunmuş incəsənət xadimləri-xalq artisti Səkinə Ismayılova, əməkdar artist Teyyub Aslanov, əməkdar artist Elşən Mansurov (kamança) və Əliağa Sədiyevin (tar) ifasında muğamlardan parşalar və xalq mahnılarımız səslənib. Sonda qonaqlar üçün milli mətbəximizin nümanələrindən ibarət bayram süfrəsi açılıb.

Azərbaycanın Almaniyadakı səfirliyi "Mayster" konsert salonunda soydaşlarımız və alman ictimaiyyətinin təmsilçiləri üçün Novruz bayramı münasibətilə geniç konsert təşkil edib. Konsertdən əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Novruz ənənələri, eləcə də Azərbaycanın zəngin mədəniyyəti haqqında qonaqlara bilgi verib. Səfir Konserin təşkilində göstərdiyi köməyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinə, Avropa Azərbaycanlıları Konqresinə, Atatürk Düşüncə Dərnəyinə təşəkkürünü bildirib. Konsertdə xalq artisti Səkinə Ismayılova, əməkdar artist Teyyub Aslanov, əməkdar artist Elşən Mansurov və Əliağa Sədiyevin təqdim etdiyi 2 saatlıq proqram qonaqlara əsl bayram sevinci yaşadıb.

Xəbər lenti

Xəbər lenti