...

Martın ikinci ongünlüyündə Kürdə su sərfi xeyli artıb - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 30 Mart 2010 11:23 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın ikinci ongünlüyündə Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsinin növbəti monitorinqini keçirib. Bu barədə Trend News-a bazar ertəsi nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Martın ikinci ongünlüyündə Kürdə su sərfi xeyli artıb - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın ikinci ongünlüyündə KürAraz transsərhəd çaylarının çirklənmə səviyyəsinin növbəti monitorinqini keçirib. Bu barədə Trend -a bazar ertəsi nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Martın birinci ongünlüyü ilə müqayisədə ikinci ongünlükdə Kürdə suyun sərfi saniyədə 670 kubmetr artaraq 960 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, çayın Gürcüstan və Ermənistan ərazilərində transsərhəd çirklənməyə məruz qaldığı məntəqələrdə suyun tərkibində spesifik çirkləndirici olan fenol qatışığı və mis birləşmələrinin normanı keçməsi, həmçinin, biogen cisimlərin sayının dəfələrlə artması qeydə alınıb.

Araz çayında su sərfi sözügedən dövrdə saniyədə 118 kubmetr təşkil edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,55-7,45 milliqram/litr səviyyəsində qalıb və sanitar normalar səviyyəsində dəyişib.

Xəbər lenti

Xəbər lenti