...

Konstitusiya Məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin sorğusuna baxacaq

Cəmiyyət Materials 30 Mart 2010 15:48 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsi Cinayət-Prosessual Məcəllənin 153.2, 154.4, 156.2 və 157.5-ci maddələrinin şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu verib.

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bakı Apelyasiya Məhkəməsi Cinayət-Prosessual Məcəllənin 153.2, 154.4, 156.2 və 157.5-ci maddələrinin şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə (KM) sorğu verib.

KM-dən Trend -a verilən məlumata görə, həmin maddələrdə həbsin ev dustaqlığı ilə əvəz olunması vəsatəti ilə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin məhkəməyə müraciət etmək hüququ müəyyən edilib.

Qanunda məhkəmələrin həbsin ev dustaqlığı ilə əvəzlənməsi barədə təşəbbüslə çıxış edə bilməməsi ilə bağlı müddəa yoxdur.

Bakı Apelyasiya Məhkəməsinin sorğusunda qeyd olunub ki, təqsirləndirilən şəxslə bağlı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün əsaslar olur və bu halda müdafiə tərəfi belə bir vəsaətlə çıxış etmir.

Bakı Apelyasiya Məhkəməsi sorğusunda kifayət qədər əsaslar olduğu halda məhkəmənin öz təşəbbüsü ilə həbsin ev dustaqlığı ilə əvəz olunması barədə qərar çıxarmaq səlahiyyətinin olması baxımından CM-nin həmin maddələrinin şərh olunmasını KM-dən xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin sorğusu icraata qəbul edilib və aprelin 20-də KM-də sorğusuna baxılacaq.

Xəbər lenti

Xəbər lenti