...

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan dəstə üzvlərinə 44 il iş verilib

Cəmiyyət Materials 30 Mart 2010 17:05 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə narkotik alverində ittiham olunan Elşən Eldar oğlu Hüseynov 15 il, Ağalar Xanağa oğlu Şabanov 14 il və Səttarxan Əsgər oğlu Cabbarov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan dəstə üzvlərinə 44 il iş verilib

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə narkotik alverində ittiham olunan Elşən Eldar oğlu Hüseynov 15 il, Ağalar Xanağa oğlu Şabanov 14 il və Səttarxan Əsgər oğlu Cabbarov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər ötən ilin iyununda həbs olunublar. Onlardan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti