...

Ermənilərin soyqırım siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün diaspor təşkilatlarından istifadə edilməlidir -Azərbaycanın Prezident Administrasiyasının sektor müdiri

Cəmiyyət Materials 31 Mart 2010 15:00 (UTC +04:00)
Ermənilərin soyqırım siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün daha çox diaspor təşkilatlarının fəaliyyətindən istifadə edilməlidir . Trend News-un məlumatına görə, bunu çərşənbə günü Qubada jurnalistlərə Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib.
Ermənilərin soyqırım siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün diaspor təşkilatlarından istifadə edilməlidir -Azərbaycanın Prezident Administrasiyasının sektor müdiri

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir A.Hüseynbala/

Ermənilərin soyqırım siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün daha çox diaspor təşkilatlarının fəaliyyətindən istifadə edilməlidir. Trend -un məlumatına görə, bunu çərşənbə günü Qubada jurnalistlərə Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib.

"Ermənilər tarixboyu soyqırım siyasəti yeridiblər. Ən dəhşətlisi, onların 1918-ci ilin martında törətdikləri soyqırım olub", - Əliyev əlavə edib.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gündə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Əliyev əsas işin 1918-ci ildə törədilən vəhşilikləri dünya ictimaiyyətinə çatdırılmaqdan ibarət olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti