Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/
Təhsil Nazirliyi Səhiyyə Nazirliyindən ayrılmış ekspertlərinin iştirakı ilə məktəbli uşaqlar arasında intiharların qarşısının alınması üçün tədbirlər planı hazırlayıb. Trend-in verdiyi məlumata əsasən, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
Nazirin sözlərinə görə, intihar halları, əsasən, uğursuz ailələrin uşaqları və xəstə uşaqlarda baş verir.
2010-cu ilin ilk üç ayı ərzində Azərbaycanda 12 məktəbli və yeniyetmə intihar edib. 2009-cu il ərzində Azərbaycanda 29 məktəbli və yeniyetmə, bir nəfər azyaşlı uşaq həyatına qəsd etmişdi.