Şuşada məscidin bərpası zamanı azərbaycanlı mütəxəssislərin rəyi nəzərə alınmalıdır - Hidayət Orucov

Cəmiyyət Materials 30 Aprel 2010 14:54 (UTC +04:00)
Şuşa Azərbaycan ərazisidir və şübhəsiz, bu şəhərdəki məscidin bərpası zamanı azərbaycanlı mütəxəssislərin fikirləri nəzərə alınmalıdır. Bu barədə cümə günü Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.
Şuşada məscidin bərpası zamanı azərbaycanlı mütəxəssislərin rəyi nəzərə alınmalıdır - Hidayət Orucov

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Şuşa Azərbaycan ərazisidir və şübhəsiz, bu şəhərdəki məscidin bərpası zamanı azərbaycanlı mütəxəssislərin fikirləri nəzərə alınmalıdır. Bu barədə cümə günü Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Bütün ermənilərin katolikosu İkinci Qaregin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib ki, yaxın vaxtlarda Şuşada məscidin təmirinə başlanması planlaşdırılır və məbədin memarlıq planı, yenidənqurma üzrə layihəsi artıq hazırlanıb.

"Bu məscid azərbaycanlı müsəlmanların məbədidir. Mən bu məscidi yaxşı xatırlayıram. O, Azərbaycan memarlıq üslubunda tikilib və onu başqa müsəlman ölkələrin üslubu ilə müqayisə etmək olmaz", - Orucov deyib.

Onun sözlərinə görə, Bakıda dini liderlərin sammiti çərçivəsində erməni dini lider İkinci Qaregin ilə görüş zamanı Bakıda erməni kilsəsinin saxlandığı bir vaxtda, Ermənistanda Azərbaycan xalqına məxsus tarixi abidələrin, məscid və dini abidələrin məhv edilməsi məsələsinə toxunulub. "İkinci Qaregin mənə dedi ki, Yerevanda məscid bərpa olunub və dərhal əlavə etdi ki, orada İrandan gələnlər ibadət edir", - komitə rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti