Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə təəssüf edir ki, erməni dini liderini Azərbaycan tərəfindən müşayiət edən şəxslərin ona verdikləri qeyri-dəqiq informasiya səbəbindən anlaşılmazlıq yaranıb.
"Sonrakı dəqiqləşdirmələrdən aydın olub ki, Qaregin və onu müşayiət edən şəxslər Şəhidlər Xiyabanında olmayıblar. Düzgün olmayan informasiyanı verənlər artıq cəzalandırılıb", - məlumatı bazar ertəsi QMİ-nin mətbuat xidməti yayıb.