...

Prokuror AZAL-a 100 min manat ziyan vurmaqda ittiham olunan dəstə üzvlərinə 75 il cəza istəyib

Cəmiyyət Materials 3 May 2010 17:47 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxış edən prokuror məhkəmədən Azərbaycan vətəndaşları - Şəmsəddin Abdurrəhmanova 4 il 6 ay, Vaqif Mirzəzadəyə 12, Tahir Əmirquliyevə 7, Elyar Qocazadəyə 10, Nazim Həsənova 4 il 6 ay, Əhliman Məmmədova 10, Murad Mahmudova 4, Ata Abdullayevə 7, Səidə Məmmədovaya 7 və Nigeriya vətəndaşı Mutiu Olovuya 9 il azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.
Prokuror AZAL-a 100 min manat ziyan vurmaqda ittiham olunan dəstə üzvlərinə 75 il cəza istəyib

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir H.Bağırov/

AZAL-ın internet səhifəsinə müdaxilə edərək şirkətə 100 min manat ziyan vurmaqda ittiham olunan Azərbaycan və Nigeriya vətəndaşlarından ibarət mütəşəkkil dəstə üzvlərinə prokuror 75 il iş istəyib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxış edən prokuror məhkəmədən Azərbaycan vətəndaşları - Şəmsəddin Abdurrəhmanova 4 il 6 ay, Vaqif Mirzəzadəyə 12, Tahir Əmirquliyevə 7, Elyar Qocazadəyə 10, Nazim Həsənova 4 il 6 ay, Əhliman Məmmədova 10, Murad Mahmudova 4, Ata Abdullayevə 7, Səidə Məmmədovaya 7 və Nigeriya vətəndaşı Mutiu Olovuya 9 il azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.

Adıçəkilən şəxslər, hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilər mütəşəkkil dəstənin tərkibində "Azərbaycan Hava Yolları" QSC-nin rəsmi www.azal.az internet səhifəsinə qeyri-qanuni daxil olub, ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər.

Müəyyən edilib ki, cinayətkar dəstənin üzvləri həmin xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq İnternetlə pul ödənişləri aparıb müxtəlif marşrutlar üzrə elektron aviabiletlər əldə etmiş və bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıb əldə etdikləri pulları talamışlar.

İstintaqla müəyyənləşdirilib ki, göstərilən hüquqazidd əməllər, qanunsuz müdaxilə şirkətin işinin pozulmasına səbəb olub və bunun nəticəsində şirkətə 100 min manata yaxın zərər vurub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxilolma ilə külli miqdarda ziyanvurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdar əmlakını gizli talama) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti