...

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə DSMF-nin strukturlarının komandaları arasında keçirilən mini-futbol turniri başa çatıb

Cəmiyyət Materials 4 May 2010 15:25 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Fondun strukturlarının komandaları arasında keçirilən mini-futbol turniri başa çatıb. Bu barədə çərşənbə axşamı Trend-ə DSMF-nin ictimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə DSMF-nin strukturlarının komandaları arasında keçirilən mini-futbol turniri başa çatıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir M.Əliyev/

Dövlət Sosial Müdafiə Fondunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Fondun strukturlarının komandaları arasında keçirilən mini-futbol turniri başa çatıb. Bu barədə çərşənbə axşamı Trend-ə DSMF-nin ictimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib.

Mayın 4-də bu münasibətlə keçirilən tədbirdə cıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti xalqımızın tarixində dərin iz buraxıb.

DSMF sədri deyib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev bütün sahələrdə olduğu kimi, idmanın inkişafı və kütləviləşməsi üçün də mükəmməl baza yaradıb və bu sahəyə xüsusi diqqət göstərib. Ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda idmanın kütləviliynə nail olunub, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün etibarlı zəmin yaranıb.

Müslümov nəzərə çatdırıb ki, DSMF-də artıq neçə illərdir, Ümummilli Liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər təşkil edilir. Bunlardan biri də mini-futbol turniridir. S.Müslümov əlavə edib ki, belə idman turnirləri gənclərin sağlam həyat tərzinə daim sadiq qalmalarında rol oynayır.

Daha sonra DSMF sədri Müslümov qalib komandaları təbrik edərək, onlara kubok və medalları təqdim edib.

DSMF-də Ümummilli Lider Heydər Əliyenin anadan olmasının 87-ci ildönümü münasibətilə şahmat turniri də keçirilir. Bu turnirin qalibəri isə həftənin sonuna kimi müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti