...

Azərbaycanda uşaq alverində təqsirli bilinən şəxslərə 33 il cəza istənilib

Cəmiyyət Materials 4 May 2010 15:59 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror Bakı şəhər sakinləri İlham Trihudənin 12 il, Elman Sadıxinin 11 il və Zülfiyyə Hüseynovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Azərbaycanda uşaq alverində təqsirli bilinən şəxslərə 33 il cəza istənilib

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir H.Bağırov/

Prokuror Azərbaycanda uşaq alverində təqsirli bilinən şəxslərə cəza istəyib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror Bakı şəhər sakinləri İlham Trihudənin 12 il, Elman Sadıxinin 11 il və Zülfiyyə Hüseynovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə mayın 12-də hökm elan edəcək.

Adıçəkilən şəxslər bu il iyunun 6-da Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı dəmiryol stansiyasının ərazisində Zülfiyyə Hüseynovanın 7 aylıq qızı Könülü 6400 manata satarkən tutulublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri etmək (144-1.2.3), qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri etmək (144-1.2.5) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti