...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 4 May 2010 20:57 (UTC +04:00)
Çərşənbə axşamı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələrini açıqlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir M.Əliyev/

Çərşənbə axşamı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələrini açıqlayıb.

Magistraturaya qəbul imtahanlarının birinci mərhələsi mayın 2-də keçirilib. Magistraturaya 15362 bakalavr sənəd verib, onlardan 447-si imtahana gəlməyib, 14-ü isə tələb olunan qaydaları pozduğu üçün imtahan zalından çıxarılıb. Sənəd verən 13 563 bakalavr Azərbaycan, 1799-u isə rus sektorunu təmsil edir. 9193 bakalavr 2010-cu il məzunlarıdır. Onlardan 7508-i oğlan, 7854-i isə qızdır.

Qəbul imtahanları Bakıda 21, Naxçıvanda bir, Gəncədə bir binada keçirilib.

Test imtahanlarının ikinci mərhələsi iyunun 20-də keçiriləcək.   

Xəbər lenti

Xəbər lenti