...

Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri İsrail Baş nazirinin dəftərxanası yanında əlaqələr üzrə büronun rəhbəri ilə görüşüb

Cəmiyyət Materials 5 May 2010 14:18 (UTC +04:00)
İsraildə səfərdə olan Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün İsrail Baş nazirinin dəftərxanası yanında əlaqələr üzrə büronun rəhbəri xanım Naomi Ben-Ami ilə görüşüb.
Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri İsrail Baş nazirinin dəftərxanası yanında əlaqələr üzrə büronun rəhbəri ilə görüşüb

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir A.Hüseynbala/

İsraildə səfərdə olan Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün İsrail Baş nazirinin dəftərxanası yanında əlaqələr üzrə büronun rəhbəri xanım Naomi Ben-Ami ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İsrail arasında münasibətlər, hər iki ölkənin KİV-ləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan və yəhudi diasporları arasında əməkdaşlığın potensialı və perspektivləri və digər aktual mövzular müzakirə olunub, - məlumatı komitənin mətbuat xidməti yayıb.

Söhbətdə İsraildə Azərbaycan haqqında daha geniş və dolğun məlumatların, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin İsrail ictimaiyyətinə çatdırılması üçün bu ölkənin KİV nümayəndələrinin Azərbaycana səfərinin təşkilinin əhəmiyyəti vurğulanıb, jurnalistlər arasında təcrubə və informasiya mübadiləsinin genişləndirilməsinin, qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyəti xüsusi qeyd edilib.

Bir sıra məsələlərdə beynəlxalq tribunalarda Azərbaycan və İsrail diaspor təşkilatlarının eyni mövqedən çıxış etmələrinin vacibliyi bildirilib.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti