...

Azərbaycanın Tovuz rayonunda yaşayan şairin kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 5 May 2010 15:15 (UTC +04:00)
Azərbaycanın Tovuz rayonunda yaşayan şair Cavanşir Baxçalının "Mən kəndimə qurban olum" adlı kitabının tətdimat mərasimi olub.
Azərbaycanın Tovuz rayonunda yaşayan şairin kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Tovuz rayonunda yaşayan şair Cavanşir Baxçalının "Mən kəndimə qurban olum" adlı kitabının tətdimat mərasimi olub.

"Cavanşir Baxçalı Tovuz rayonunda yaşasa da, onun yaradıcılığı ilə Azərbaycanın hər yerində tanış ola biləcəklər", - Trend-in məlumatına görə, çərşənbə günü Muğam Teatrında keçirilən təqdimat mərasimində millət vəkili Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, Baxçalı bütün həyatını Tovuz rayonunda yaşayıb.

"Amma əyalətdə yaşamasına baxmayaraq, o, çox istedadlıdır, yaradıcılığı bəzi adlı-sanlı insanların yaradıcılığından böyükdür", - millət vəkili əlavə edib.

Onun fikrincə, bu vaxta qədər əslən Tovuz rayonundan olan, lakin dünyalarını dəyişən aşıqlar, şairlər və digər sənətkarlarla bağlı yaradıcılıq gecələri, müxtəlif tədbirlər keçirilib.

"Biz bununla həmin yazarları gənc nəsillərə tanıtmaq istəmişik. Bizim üçün çox önəmli olan məsələlərdən biri də Cavanşir Baxçalı kimi şairləri sağlığında oxuculara təqdim etməkdir. Biz bu prosesi davam etdirəcəyik", - Paşayeva vurğulayıb.

Millət vəkili deyib ki, may ayının sonlarında Tovuz rayonundan olan Səlim Sinədəftərin, sonra isə İsa Cavadoğlunun da yaradıcılıq gecələri keçiriləcək.

"Biz bu gün söz ətrafına toplaşmışıq. Ən önəmlisi odur ki, belə insanlardan gənclər nümunə götürsünlər", - o xatırladıb.

Xəbər lenti

Xəbər lenti