...

Azərbaycanda dövlət qulluğuna keçirilən test imtahanı mərhələsində yeniliklər tətbiq edilib - Bəhram Xəlilov

Cəmiyyət Materials 6 May 2010 11:38 (UTC +04:00)
Azərbaycanda dövlət qulluğuna keçirilən test imtahanı mərhələsində bir sıra yeniliklər tətbiq edilib, - Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Prezident yanında Dövlət qulluğu məsələləri üzrə komissiyanın sədri Bəhram Xəlilov məlumat verib.
Azərbaycanda dövlət qulluğuna keçirilən test imtahanı mərhələsində yeniliklər tətbiq edilib - Bəhram Xəlilov

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Cəfərov/

Azərbaycanda dövlət qulluğuna keçirilən test imtahanı mərhələsində bir sıra yeniliklər tətbiq edilib,  - Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Prezident yanında Dövlət qulluğu məsələləri üzrə komissiyanın sədri Bəhram Xəlilov məlumat verib.

"İlk növbədə test imtahanları indi kompüter vasitəsilə həyata keçirilir. Onun üçün xüsusi proqram təminatı və xüsusi test bankı hazırlanıb.
Bu testlər 4 blokdan ibarətdir. İlk növbədə, biz namizədlərin ümumi dünyagörüşünü yoxlayırıq; ikinci test bloku Azərbaycan Dövlət Konstitusiyası və dövlət qulluğu qanunvericiliyi üzrə hazırlanmış test tapşırıqlarıdır. Üçüncü blok namizədlərin informasiya texnologiyaları üzrə, dördüncü blokda isə məntiqi düşünmə qabiliyyətləri üzrə yoxlamalar aparılır", -  Xəlilov deyib.

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2010-cu ildə elan edilmiş müsabiqənin test imtahanları aprel ayının 30-dan start götürüb. İştirakçılar 42 namizəd olmaqla, 7 qrup üzrə 294 namizəd test imtahanı keçirib.

Xəbər lenti

Xəbər lenti