...

Təhsil naziri Azərbaycan Tibb Universitetinin diplomlarının İranda tanınmamasına dair məsələyə münasibət bildirib

Cəmiyyət Materials 6 May 2010 13:47 (UTC +04:00)
Azərbaycanın təhsil naziri İranın səhiyyə nazirinin müavininin Azərbaycan Tibb Universitetinin (ATU) diplomlarını tanımamaqla bağlı açıqlamasına münasibətini bildirib.
Təhsil naziri Azərbaycan Tibb Universitetinin diplomlarının İranda tanınmamasına dair məsələyə münasibət bildirib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri İranın səhiyyə nazirinin müavininin Azərbaycan Tibb Universitetinin (ATU) diplomlarını tanımamaqla bağlı açıqlamasına münasibətini bildirib.

"Bununla bağlı ATU-nun rektoru Əhliman Əmiraslanovla da danışmışam. Onun dediyinə görə, bir müddət bundan əvvəl İranın səhiyyə naziri burada olub, geri qayıdandan sonra bu məsələni qaldırıb. İşin detallarından xəbərim yoxdur. Ancaq biz də marağında deyilik ki, İrandan çoxlu sayda tələbə gəlib burada oxusun". Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə axşamı jurnalistlərə açıqlamasında deyib.

İranın səhiyyə nazirinin müavini Məhəmmədəli Mohəqqiqi bu ölkənin ATU-nun diplomlarını etibarsız sayması ilə bağlı açıqlama verib.

Nazir bildirib ki, onsuz da Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin sayı günbəgün artmaqdadır.

"Bizim bununla bağlı ciddi problemimiz yoxdur", - Mərdanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti