...

Bakıda Ümummilli Lider Heydər Əliyev Kuboku uğrunda beynəlxalq konkur yarışı başlayıb

Cəmiyyət Materials 6 May 2010 15:15 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Atçılıq Mərkəzində yarışın açılışı olub.
Bakıda Ümummilli Lider Heydər Əliyev Kuboku uğrunda beynəlxalq konkur yarışı başlayıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T. Hacıyev/

Bakıda CSİ-W kateqoriyası üzrə Ümummilli Lider Heydər Əliyev Kuboku uğrunda beynəlxalq konkur yarışı başlayıb. Trend-in məlumatına görə, bu gün Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Atçılıq Mərkəzində yarışın açılışı olub.

3 gün davam edəcək yarışma Qafqaz Liqası çərçivəsində keçirilir. Yarışmada 6 ölkədən 18 idmançı 27 atla iştirak edir. Yarışmaya Azərbaycan, Böyük Britaniya, Bolqarıstan, Rusiya, Gürcüstan, Almaniya idmançıları qatılıblar.

Azərbaycanı bu yarışmada Camal Rəhimov, Françesko Franko, Patrin MakenziCevri Smit təmsil edəcək. Yarışda ən çox xal toplamış idmançılar Dünya Kubokuna vəsiqə qazanacaqlar.

Açılış mərasimində çıxış edən Atçılıq Federasiyasının vitse-prezidenti Mahir Muradov Azərbaycan Prezidentinin atçılıq idmanına qayğısı barədə məlumat verib.

O bildirib ki, ötən ay Bakıda ippodrom tikilməsi üçün Fatmayı qəsəbəsində 85 hektar ərazi ayrılıb.

Xəbər lenti

Xəbər lenti