...

Azərbaycanda Böyük Vətən müharibəsinin 65 illiyi ilə əlaqədar "Breyn-rinq" yarışı keçiriləcək

Cəmiyyət Materials 6 May 2010 18:03 (UTC +04:00)
Böyük Vətən müharibəsinin 65 illiyi ilə əlaqədar olaraq Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən mayın 7-də "Breyn-rinq"” intelektual oyunu üzrə yarış keçiriləcək.
Azərbaycanda Böyük Vətən müharibəsinin 65 illiyi ilə əlaqədar "Breyn-rinq" yarışı keçiriləcək

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Böyük Vətən müharibəsinin 65 illiyi ilə əlaqədar olaraq Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən mayın 7-də "Breyn-rinq"" intelektual oyunu üzrə yarış keçiriləcək. Bu barədə nazirliyin məlumatında deyilir.

Yarışa azərbaycanın 8 ali məktəbinin tələbələri qatılacaq - Azərbaycan Dövlət Neft Akademiyasının "Maqnat" komandası, "Xəzər" Universitetinin "Atəşgah" komandası, Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadçı" komandası, Bakı Slavyan Universitetinin "Rekrut" komandası, Dövlət İdarəçilik Akademiyasının "Abşeron" komandası, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Gənc Mühəndislər" komandası, Azərbaycan Texniki Universitetinin "Texnokrat" komandası və Azərbaycan Dillər Universitetinin "Poliqlot" komandası.

Tədbir Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram" əsasında keçirilir.

Tədbir 7 may saat 11:00-da "Hyatt" otelinin Quba zalında baş tutacaq.

Xəbər lenti

Xəbər lenti