...

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan KİV-lər arasında keçirilən futbol turnirinin qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 7 May 2010 12:35 (UTC +04:00)
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçirilən mini-futbol turnirinin qalibləri məlum olub.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan KİV-lər arasında keçirilən futbol turnirinin qalibləri mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçirilən mini-futbol turnirinin qalibləri məlum olub.

"Kütləvi informasiya vasitələri arasında keçirilən yarışın qalibi AzTV-nin komandası olub", - Trend-in məlumatına görə, bunu Trend Beynəlxalq Xəbərlər Şirkətində cümə günü keçirilən təqdimetmə mərasimində turnirin təşkilatçısı olan "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib.

Aşırlının sözlərinə görə, "Akkord" Şirkətlər Qrupunun baş sponsorluq etdiyi mini-futbol yarışında ikinci yeri İctimai Televiziyznın komandası tutub. "Üçüncü yer uğrunda yarışda isə qalib "Space" telekanalı olub", - baş redaktor əlavə edib.

Təşkilatçı deyib ki, turnirdə 10 komanda iştirak edib. "Qaliblər müvafiq olaraq 1 000, 500 və 300 manat məbləğində pul mükafatına da layiq görülüblər", - o vurğulayıb.

Aşırlı deyib ki, Heydər Əliyevin xatirəsinə həsr olunan turnir artıq 7 ildir keçirilir.

"Heydər Əliyev daim mətbuata qayğı göstərib, jurnalistlərin təqib olunmaması üçün ən zəruri addımları atıb; kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çalışıb. Biz də Ümummilll Liderin xatirəsini əziz tutaraq, 7 ildir belə bir turnir keçiririk", - baş redaktor xatırladıb.

Tədbirdə mini-futbol yarışında fərqlənən ən yaxşı oyunçulara xüsusi mükafatlar verilib.

Xəbər lenti

Xəbər lenti