...

Azərbaycanın Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müalicə müəssisəsində yeni bölmələrin açılışı olub (FOTO)

Cəmiyyət Materials 7 May 2010 13:54 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müalicə müəssisəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə yeni inşa edilmiş kamera saxlanma rejimli korpusun, cərrahiyyə şöbəsinin, dispanser müşahidə bölməsinin, müayinə diaqnostika və fizioterapiya bölməsinin açılışı olub.
Azərbaycanın Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müalicə müəssisəsində yeni  bölmələrin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir K. Zərbalıyeva/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müalicə müəssisəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə yeni inşa edilmiş kamera saxlanma rejimli korpusun, cərrahiyyə şöbəsinin, dispanser müşahidə bölməsinin, müayinə diaqnostika və fizioterapiya bölməsinin açılışı olub.

Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov açılış mərasimində son illər penitensiar sahədə həyata keçirilən islahatar, vərəmli məhkumların müalicəsi üçün görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, 1995-ci ildən indiyə kimi 10500-ə yaxın vərəmli xəstə müalicə olunub. Nazir bildirib ki, 1995-ci illə müqayisədə məhklumlar arasında vərəmdən ölüm göstəricisi 32.5 dəfə azalıb, 2008-ci illə müqayisədə ötən ildə vərəmdən ölüm halları 2 dəfə azalıb.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev bildirib ki, vərəm müəssisəsində müasir vərəm diaqnostikası üzrə laboratoriya fəaliyyət göstərir. Həmin laboratoriya Almaniyanın Borstel şəhərində yerləşən ali millii istinad laboratoriyasının keyfiyyət sertifikatını alıb.

Onun sözlərinə görə, bu laboratoriyada təkcə vərəm çöpləri aşkarlanmır, həm də I və II sıra vərəm əleyhinə preparatlara qarşı həssaslıq da müəyyən edilir. İdarə rəisi bildirib ki, laboratoriyada mülki sektordan təqdim olunan 700-ə yaxın bəlğəm müayinəsi aparılıb.

Mehdiyev deyib ki, penitensiar sistemdə əvvəllər vərəmin diaqnozu bakterial müayinə nəticəsində 4 ay müddətində təsdiq edilirdisə, yeni laboratoriya və avadanlıqlar sayəsində 15 gün müddətində bu diaqnozu müəyyən etmək mümkündür. Bunun üçün 2007-ci ildə penitensiar xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində respublikada ilk dəfə baktek MGİT laborator avadanlığının tətbiqinə, 2008-ci ildə isə HAİN testlərinin istifadəsinə başlanılıb.

Ümumdünya Səhiyyə Təşkilatının himayəsi altında fəaliyyət göstərən İsveçrənin FİND təşkilatı ilə əldə olunmuş razılıq əsasında 2008-ci ilin sonundan laboratoriyada daha müasir avadanlığın eksperimental tətbiqinə başlanıldığını deyən Mehdiyevin sözlərinə görə, "GeneXpert" adlanan avadanlıq hazırda nümayiş mərhələsindədir.

"Bu avadanlıq sayəsində 1-1,5 saat müddətində vərəm çöplərinin aşkarlanması və iki vərəm əleyhinə preparata qarşı həssaslığın müəyyən edilməsi mümkündür. Bu da rezistent formalı vərəmin erkən aşkarlanmasına kömək edir. Bu avadanlıq dünyanın cəmi 5 ölkəsində mövcuddur",-deyə Mehdiyev vqeyd edib.

Müəssisədə vərəmin müalicəsinə 1995-ci ildə BQXK-nin DOTS layihəsinin tətbiqi ilə başlanıb. 2007-ci ildən isə DOTS+ müalicə metodu ilə müalic aparılır.

İxtisaslaşdırılmış müalicə müəssisəsində 250-yə yaxın rezistent formalı vərəmi olan məhkum artıq müalicəyə cəlb olunub. Müalıcənin nəticələrində bizim nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hədəfdən nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Kamera rejimli müəssisədə 20 nəfərin, cərrahiyyə şöbəsində 40 nəfərin, dispanser müşahidə bölməsində 60 nəfərin birdəfəyə müalicəsi mümkündür. Dispanser müşahidə bölməsi DOTS mülicəsini başa çatdırmış vərəmli məhkumların saxlanması üçüm nəzərdə tutulub. Müayinə-diaqnostika, fizioterapiya bölməsində USM,EKQ müayinələri, müxtəlif fizioterapevtik prosedurlar, bronxoskopiya və qastroskopiya müayinələrinin həyata keçirilməsinə şərait var. Cərrahiyyə bölməsində indi bütün lazımi şərait var ki, burada əməliyyat olunsun.

Vərəmli məhkumlar üçün nəzərdə tutulan ixtisaslaşmış müalicə müəssisəsində hazırda 700-ə yaxın məhkum var və onlardan 150-dən çoxu dispanser nəzarətdə, 500-dən çoxu isə müalicə və tibbi müşahidədir.

Açılış mərasimində ədliyyə və səhiyyə nazirliklərinin, hüquq müdafiəçilərinin, QHT nümayəndələrinin, vərəmlə mübarizə sahəsində fəaliyyət göstərən qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti