...

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Cəmiyyət Materials 7 May 2010 20:41 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Heydər Əliyev Fondunun beşillik yubileyinə həsr olunmuş kitabların təqdimatı keçirilib.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir M.Əliyev/

Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun ölkəmizdəki nümayəndəliyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Ömrümü xalqıma bağışlayıram" və Heydər Əliyev Fondunun beşillik yubileyinə həsr olunmuş "Ədəbiyyət məbədi" adlı kitabların cümə günü təqdimat mərasimi keçirilib.

"Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev olub, Azərbaycanı yüksək iqtisadi inkişafa məhz onun ideologiyası gətirib", - Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən təqdimat mərasimində kitabların müəllifi, şair-publisist Mirkazım Seyidov bildirib.

Onun sözlərinə görə, 2004-cü ilin fevralında Rusiyanın Novosibirsk şəhərində yaradılan Beynəlxalq Azərbaycan Forumu Heydər Əliyev irsini araşdıraraq xalqımızın həqiqətlərini dünyaya çatdırır. "Heydər Əliyev irsini dərindən öyrənmək Azərbaycanı daima inkişafa aparacaq", - Seyidov qeyd edib. Təqdimat mərasimi musiqili-bədii gecə ilə müşayiət olunub.

Xəbər lenti

Xəbər lenti