...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə 72 il cəza verilib

Cəmiyyət Materials 11 May 2010 12:42 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə İran vətəndaşı Qulamrza Rəhman Acar, Azərbaycan vətəndaşları Ədalət Hüseynov, Mənsur Ağayev, Seyfulla Mehbalıyev 15 il və Əhməd Səfərov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə 72 il cəza verilib

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub.
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə İran vətəndaşı Qulamrza Rəhman Acar, Azərbaycan vətəndaşları Ədalət Hüseynov, Mənsur Ağayev, Seyfulla Mehbalıyev 15 il və Əhməd Səfərov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3), qaçaqmalçılıq (206.4) maddələri ilə ittiham olunublar.

Təqsirləndirilənlər 2009-cu il yanvarın 6-da Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin əməkdaşları tərəfindən həbs ediliblər.

Xəbər lenti

Xəbər lenti