...

Türkiyənin "Cihan" agentliyi 18 yaşını qeyd edib (FOTO)

Cəmiyyət Materials 12 May 2010 13:50 (UTC +04:00)
İstanbulda Türkiyənin "Cihan" agentliyinin yaradılmasının 18 illiyi münasibətilə mərasim keçirilib.
Türkiyənin "Cihan" agentliyi 18 yaşını qeyd edib (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir R.Hafizoğlu/

İstanbulda Türkiyənin "Cihan" agentliyinin yaradılmasının 18 illiyi münasibətilə mərasim keçirilib.

Tədbirdə Türkiyə Baş nazirinin köməkçisi Bülənd Arınc, "Səadət" partiyasının rəhbəri Numan Kurtulmuş, İstanbul Bələdiyyəsinin rəhbəri Kadir Toppaş və bəzi digər tanınmış şəxslər iştirak ediblər.

Tədbirdə, həmçinin, "Cihan" agentliyinin keçmiş baş direktoru Məsud Erişen, "Zaman" qəzetinin müdir köməkçisi Mehmet Kamış, eləcə də digər məşhur KİV rəhbərləri iştirak ediblər.

Türkiyə Baş nazirinin köməkçisi Bülənd Arıncın sözlərinə görə, dünyada çoxsaylı məşhur informasiya agentliklərinin olmasına baxmayaraq, "Cihan" qısa müddət ərzində həm informasiya sahəsində, həm də beynəlxalq arenada ciddi uğurlara nail olub.

"Cihan" dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə rəqabət aparır", - Arınc deyib.

Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktoru İlqar Hüseynov mərasimdə iştirak etmək üçün dəvət olunub. Trend BİA ilə "Cihan" agentliyi arasında tərəfdaşlıq müqaviləsi 2008-ci ilin iyununda imzalanıb.

Xəbər lenti

Xəbər lenti