...

Azərbaycan Tələbələr İttifaqı Avropa Tələbələr Birliyinin müşahidəçi üzvü olub

Cəmiyyət Materials 13 May 2010 11:27 (UTC +04:00)
Azərbaycan Tələbələr İttifaqı (ATİ) Avropa Tələbələr Birliyinin müşahidəçi üzvü olub. Bu barədə ATİ-nin məlumatında deyilir.
Azərbaycan Tələbələr İttifaqı Avropa Tələbələr Birliyinin müşahidəçi üzvü olub

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Tələbələr İttifaqı (ATİ) Avropa Tələbələr Birliyinin müşahidəçi üzvü olub. Bu barədə ATİ-nin məlumatında deyilir.

Azərbaycan birliyin Madriddə keçirilən 58-ci iclasında ATB-nin 39-cu üzv ölkəsi olub.

Mərkəzi ofisi Brüsseldə yerləşən ATB 1982-ci ildə yaradılıb. Birlik 11 milyondan artıq tələbəni birləşdirir və Avropa Şurası, Avropa Komissiyası, YUNİSEF və ATƏT-lə əməkdaşlıq edir.

Azərbaycanın birliyə üzv olması ilə əlaqədar sentyabr-oktyabr aylarında Serbiya, Estoniya, Niderland və Polşadan olan tələbələrin nümayəndələri Azərbaycana səfər edəcəklər.

Bundan əvvəl ATİ Ümumdünya Tələbə Birliyi IAESTE-yə üzv qəbul edilib.

Xəbər lenti

Xəbər lenti