...

Sumqayıtda növbəti elmi-praktik konfrans keçiriləcək

Cəmiyyət Materials 13 May 2010 12:20 (UTC +04:00)
Şəhərin mövcud sosial-iqtisadi vəziyyətinin və gələcək inkişaf yollarının müzakirə edildiyi analoji konfranslar son altı ildə Sumqayıtda ənənəvi hal alıb.
Sumqayıtda növbəti elmi-praktik konfrans keçiriləcək

Azərbaycan, Bakı, 13 may /Trend/

21 may 2010-cu il tarixdə "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri" mövzusunda konfrans keçiriləcək. Sayca 9-cu olan bu elmi-praktik konfrans kimyaçıların Mədəniyyət sarayında baş tutacaq. Konfransdan əvvəl Sumqayıtın sosial-iqtisadi inkişafını və nailiyyətlərini əks etdirən sərgi təşkil olunacaq.

Şəhərin mövcud sosial-iqtisadi vəziyyətinin və gələcək inkişaf yollarının müzakirə edildiyi analoji konfranslar son altı ildə Sumqayıtda ənənəvi hal alıb.

Xəbər lenti

Xəbər lenti