...

Azərbaycan uşaq ölümünün səviyyəsinin azalması məsələsində irəliləyişə nail olub – YUNİSEF-in regional direktoru (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 13 May 2010 13:21 (UTC +04:00)
Azərbaycan uşaq ölümünün səviyyəsinin azalması məsələsində irəliləyişə nail olub
Azərbaycan uşaq ölümünün səviyyəsinin azalması məsələsində irəliləyişə nail olub – YUNİSEF-in regional direktoru (ƏLAVƏ OLUNUB) (FOTO)

İkinci abzasdan sonra əlavə olunub.

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Ü.Sadıqova/

Azərbaycan uşaq ölümünün səviyyəsinin azalması məsələsində irəliləyişə nail olub. Bu barədə YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, eləcə də inkişaf etməkdə olan ölkələr üzrə regional direktoru Stiv Allen cümə axşamı Bakıda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda digər ölkələrin göstəriciləri ilə müqayisədə uşaq ölümünün səviyyəsinin azalması məsələsində ciddi irəliləyiş əldə olunub. Lakin YUNİSEF respublikanın əldə olunanlarla kifayətlənməyəcəyi və bu istiqamətdə səyləri davam etdirəcəyini gözləyir. Alen Azərbaycanın təhsil və səhiyyə sahəsində də əhəmiyyətli uğurlar əldə edəcəyinə ümidvar olduğunu ifadə edib.

YUNİSEF-in regional direktorunun Azərbaycana üçgünlük səfər proqramı çərçivəsində xarici işlər, səhiyyə, təhsil, gənclər və idman nazirləri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva, eləcə də ölkədəki beynəlxalq qurumların rəhbərləri ilə görüşləri daxil edilib.

Səfər gedişində Allen Azərbaycandakı uşaqların üzləşdikləri problemləri və hökumətin onları həll etmək üçün gördüyü tədbirləri müzakirə edəcək.

YUNİSEF-in Azərbaycanda həyata keçirmək istədiyi proqramlardan biri əhalinin uşaqların hüquqları haqda məlumatlandırmağın səviyyəsinin yüksəldilməsinə aiddir.

Allen ölkədə məktəbəqədər təhsilin inkişaf səviyyəsinin aşağı olması ilə bağlı təəssüfünü bildirib. Bu, müvafiq yaş həddində olan uşaqların 25-30 faizini əhatə edir. Bu məsələ təhsil naziri Misir Mərdanovla müzakirə edilib. Allenin sözlərinə görə, YUNİSEF bu problemin konstruktiv həllinə cəhd göstərəcək.

YUNİSEF nümayəndəsi Azərbaycanda uşaq ombudsmanı institutunun yaradılması ilə bağlı bildirib ki, bu məsələ ilə bağlı qərarı Azərbaycan hökuməti qəbul etməlidir.

Bu gün Azərbaycanda uşaq hüquqları ilə Elmira Süleymanovanın rəhbərlik etdiyi insan haqları üzrə yeganə ombudsman aparatı məşğul olur.

Allen deyib ki, YUNİSEF xüsusi uşaqların hüquqları üzrə Müvəkkil Aparatının yaradılmasını alqışlayır.

Xəbər lenti

Xəbər lenti