...

Gürcüstanın azərbaycanlı gənclərinin qurultayı keçiriləcək

Cəmiyyət Materials 14 May 2010 10:54 (UTC +04:00)
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə mayın 15-də Marneuli şəhərində, Nəriman Nərimanov adına Mədəniyyət evində Gürcüstanın Azərbaycanlı Gənclərinin I Qurultayı başlayacaq.
Gürcüstanın azərbaycanlı gənclərinin qurultayı keçiriləcək

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə mayın 15-də Marneuli şəhərində Nəriman Nərimanov adına Mədəniyyət evində Gürcüstanın Azərbaycanlı Gənclərinin I Qurultayı başlayacaq.

"Qurultayda azərbaycanlı gənclərin təmsil olunduqları ictimai təşkilatlar, ali məktəb tələbələri, ziyalılar, ümumilikdə, 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir", - cümə günü Trend-ə Azərbaycan Mədəniyyət Mərkəzinin mətbuat katibliyindən bildirilib.

Qurultayda, həmçinin, Gürcüstan və Azərbaycan rəsmilərinin iştirakı gözlənilir. "Qurultayda azərbaycanlı gənclərin ölkənin ictimai həyatında rolu və "Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı"nın təsis olunması nəzərdə tutulur", - məlumatda vurğulanır.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənovun verdiyi məlumata görə, Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan qurultayın əsas məqsədi, Gürcüstanın vətəndaş cəmiyyətinə azərbaycanlı gənclərin inteqrasiyası, onların ictimai həyatda rolunun artırılması və bir çox məsələlərin həlli istiqamətində işlər qurultay iştirakçılarının diqqətində olacaq.

Xəbər lenti

Xəbər lenti