...

Azərbaycan Konstitusiya Məhkəməsi ombudsmanın sorğusunu araşdırır

Cəmiyyət Materials 14 May 2010 13:07 (UTC +04:00)
Konstitusiya Məhkəməsindən cümə günü Trend-ə verilən məlumata görə, ombudsman Elmira Süleymanova sorğusunda Əmək Məcəlləsinin 247-ci maddəsinin şərh olunmasını məhkəmədən xahiş edir.
Azərbaycan Konstitusiya Məhkəməsi ombudsmanın sorğusunu araşdırır

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsi Ombudsmanın sorğusunu araşdırır.

Konstitusiya Məhkəməsindən cümə günü Trend-ə verilən məlumata görə, ombudsman Elmira Süleymanova sorğusunda Əmək Məcəlləsinin 247-ci maddəsinin şərh olunmasını məhkəmədən xahiş edir.

Əmək Məcəlləsinin həmin maddəsində yaşı 18-dən az olan işçilərin əmək hüququ və onun xüsusiyyətləri qeyd olunub.

Həmin maddədə qeyd olunub ki, yaşı 18-dən az olan işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır.

Yaşı 18-dən çox olan işçilər üçün iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt avtomatik olaraq iş vaxtı kimi nəzərə alındığı halda, 18 yaşından az olan işçilər üçün isə bu, işəgötürənin razılığı ilə edilir.

Ombudsman bu halı nəzərə alaraq, həmin maddənin şərh olunmasını istəyib.

Ombudsmanın sorğusu hazırda KM tərəfindən araşdırılır.

Xəbər lenti

Xəbər lenti