...

Prokuror Azərbaycanda əsgərlərə işgəncə verməkdə ittiham olunan hərbi qulluqçulara 27 il azadlıqdan məhrumetmə cəzası istəyib

Cəmiyyət Materials 14 May 2010 14:17 (UTC +04:00)
Prokuror Azərbaycanda əsgərlərə işgəncə verməkdə ittiham olunan bir qrup hərbi qulluqçuya cəza istəyib.
Prokuror Azərbaycanda əsgərlərə işgəncə verməkdə ittiham olunan hərbi qulluqçulara 27 il azadlıqdan məhrumetmə cəzası istəyib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir H.Bağırov/

Prokuror Azərbaycanda əsgərlərə işgəncə verməkdə ittiham olunan bir qrup hərbi qulluqçuya cəza istəyib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - Altay Məmmədov, Əziz Abdullayev, Rəşad Rzayev, Vahid Əhmədov, Elvin Qurbanov və Adil Xiyilovun cinayət işi üzrə keçirilən prosesdə prokuror Arif Quliyev vəsatətlə çıxış edib.

Prokuror təqsirləndirilənlər - Abdullayev və Rzayev barəsində olan Cinayət Məcəlləsinin soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (180.2.1), soyğunçuluq təkrar törədildikdə (180.2.2), insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə (180.2.4), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zor tətbiq etmə ilə hədə-qorxu gəlmə (182.2.1, 182.2.2, 182.2.3) maddələrinə xitam verilməsini xahiş edib. Prokuror deyib ki, məhkəmədə hər iki təqsirləndirilən şəxsə sürülmüş həmin ittihamlar sübuta yetirilməyib. Prokuror hər iki təqsirləndirilən şəxsin digər ittihamlar üzrə məhkum edilməsini məqsədəuyğun hesab edib.

Hakimlər müşavirə keçirərək, həmin maddələr üzrə ittihamlara xitam verilməsi barədə prokurorun vəsatətini təmin ediblər.

Daha sonra prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Məmmədovun 5l, Abdullayevin 4, Rzayevin 2, Əhmədovun 4, Xiyilovun 3 il, Qurbanovun 9 ay müddətinə azadlıqdan məhrum olunmasını xahiş edib.

Prokuror zamində olan hərbçilər Qurbanov və Xiyilovun məhkəmə zalından həbs edilməsini də istəyib.

Məhkəmə prosesi mayın 17-də müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə (331.3), bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə (332.2.3), soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (180.2.1), soyğunçuluq təkrar törədildikdə (180.2.2), insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə (180.2.4), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zor tətbiq etmə ilə hədə-qorxu gəlmə (182.2.1, 182.2.2, 182.2.3), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bir qrup şəxs tərəfindən törədildikdə (341.2.1) maddələri ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslər xidmət etdikləri hərbi hissədə əsgər yoldaşlarına qarşı nizamnamədənkənar hərəkət edərək, onları təhqir edib, döyüb və işgəncə veriblər.

Xəbər lenti

Xəbər lenti