...

Azərbaycanda dələduzluqda ittiham olunan Müdafiə Nazirliyi Təlim-Tədris Mərkəzinin keçmiş bölük komandirinə hökm oxunub

Cəmiyyət Materials 14 May 2010 14:22 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyi Təlim-Tədris Mərkəzinin müddətdən artıq hərbi qulluqçuların bölük komandiri, kapitan Ramil Xammədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda dələduzluqda ittiham olunan Müdafiə Nazirliyi Təlim-Tədris Mərkəzinin keçmiş bölük komandirinə hökm oxunub

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda dələduzluqda ittiham olunan Müdafiə Nazirliyi Təlim-Tədris Mərkəzinin keçmiş bölük komandirinə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyi Təlim-Tədris Mərkəzinin müddətdən artıq hərbi qulluqçuların bölük komandiri, kapitan Ramil Xammədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xammədov Cinayət Məcəlləsinin dələduzluq təkrar törədildikdə (178.2.2), dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə (178.2.3), rüşvət alma təkrar törədildikdə (311.3.2), rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda (341.1), maddələri ilə ittiham olunub.

2009-cu ilin iyununda Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində baş verən qanun pozuntuları ilə bağlı adıçəkilən hərbi hissənin bir qrup yüksəkrütbəli zabiti istintaqa cəlb olunub.

General-mayor Lənkəran Əliyev TTM rəisi vəzifəsindən çıxarıldıqdan sonra isə hərbi hissənin əksər xidmət sahələrində yoxlamalar başlanılıb.

Yoxlama nəticəsində TTM-də külli miqdarda yeyinti faktı müəyyənləşdirilib.

Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə (179), vəzifə səlahiyyətlərindən sui-istifadə (308) və vəzifə saxtakarlığı (314) maddələri ilə cinayət işi başlanılıb.

Bundan sonra TTM-in Avtomobil Xidməti rəisi, polkovnik-leytenant Arif Məmmədov, daxili əmrlə Mənzil-İstismar Xidmətinin rəisini əvəzləyən polkovnik-leytenant Elşən Abbasov, yanacaq anbarının rəisi, baş gizir Fikrət Abbasov, əşya xidməti rəisi, mayor Nazim Həsənov və Maliyyə Xidməti rəisi, polkovnik-leytenant İntiqam Mövlanverdiyev isə istintaqa cəlb olunub.

Adıçəkilən digər hərbi qulluqçuların cinayət işinin ibtidai istintaqı isə ayrı icraatda aparılır.

Xəbər lenti

Xəbər lenti