...

Azərbaycan Konstitusiya Məhkəməsinə Cinayət Məcəlləsinin bir neçə maddəsinin şərh olunması ilə bağlı müraciət daxil olub

Cəmiyyət Materials 14 May 2010 16:52 (UTC +04:00)
Konstitusiya Məhkəməsindən cümə günü Trend-ə verilən məlumata görə, Gəncə şəhər Kəpəz rayon məhkəməsi Cinayət Məcəlləsinin 16, 18, 83 və 85-ci maddələrinin şərh olunması ilə bağlı məhkəməyə müraciət edib.
Azərbaycan Konstitusiya Məhkəməsinə Cinayət Məcəlləsinin bir neçə maddəsinin şərh olunması ilə bağlı müraciət daxil olub

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsinə Cinayət Məcəlləsinin bir neçə maddəsinin şərh olunması ilə bağlı müraciət daxil olub.

Konstitusiya Məhkəməsindən cümə günü Trend-ə verilən məlumata görə, Gəncə şəhər Kəpəz rayon məhkəməsi Cinayət Məcəlləsinin 16, 18, 83 və 85-ci maddələrinin şərh olunması ilə bağlı məhkəməyə müraciət edib.

Bir-biri ilə qarşılıqlı əlaqədə olan cinayətlərin təkrar törədilməsi (16-ci), cinayətlərin residivi və onun növləri (18-ci), məhkumluq (83-cü) və yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növləri (85) maddələrinin şərhi ilə bağlı məhkəmənin müraciəti araşdırıldıqdan sonra KM-nin Plenumunun iclasına çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti