...

Misirin təhsil nazirinin müavini Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 14 May 2010 17:16 (UTC +04:00)
Misirin təhsil nazirinin birinci müavini Məhəmməd Cabir Əbu Əli mayın 18-22-də Azərbaycana səfər edəcək.
Misirin təhsil nazirinin müavini Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Ü.Sadıxova/

Misirin təhsil nazirinin birinci müavini Məhəmməd Cabir Əbu Əli mayın 18-22-də Azərbaycana səfər edəcək. Bu barədə Misir Mədəniyyət Mərkəzinin rəsmi məlumatında deyilir.

Misirli məmur səfəri zamanı iki ölkə arasında elm və təhsil, univesitetlərin əməkdaşlığı da daxil olmaqla, münasibətləri müzakirə edəcək və Mədəniyyət və Turizm Nazirliyində görüşlər keçirəcək.

Cümə axşamı - mayın 20-də Əbu Əli "Misir mədəniyyəti dünya sivilizasiyasının kontekstində" mövzusunda konfransda və Mədəniyyət Mərkəzinin yeni binasının açılışında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti