...

Kürdə suyun səviyyəsinin qalxması təhlükəsi hələ də qalmaqdadır - ekologiya naziri

Cəmiyyət Materials 15 May 2010 14:59 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Kürətrafı rayonların əhalisini arxayınlaşmamağa çağırıb.
Kürdə suyun səviyyəsinin qalxması təhlükəsi hələ də qalmaqdadır - ekologiya naziri

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Kürətrafı rayonların əhalisini arxayınlaşmamağa çağırıb. Çünki Kürdə suyun səviyyəsinin qalxması təhlükəsi hələ də qalmaqdadır.

"Kürdə suyun səviyyəsi hələ arzuolunan səviyyədə deyil. Amma bu səviyyəni idarə etmək olar. Lakin Gürcüstanda və Ermənistanda yağan yağışlar, həmçinin Böyük və Kiçik Qafqaz dağlarındakı qar çayda suyun səviyyəsinin qalxması təhlükəsini gücləndirir", - şənbə günü nazir jurnalistlərə deyib.

"Bu təhlükə mayın sonuna qədər aktual olacaq", - Bağırov deyib.

Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti