Azərbaycan, Bakı, 15 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Unibank Premyer Liqasının sonuncu turunun "Xəzər Lənkəran" - "Bakı" oyununda meydan sahiblərinin məğlubiyyəti yerli azarkeşlərin hiddətinə səbəb olub.
Çempionluq şansını əldən verdiyinə görə, azarkeşlər "Xəzər Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadovu istefaya səsləyiblər.
Bu gün keçirilən son turun oyununda "Xəzər Lənkəran" öz meydanında "Bakı"ya 0:1 hesabıyla uduzduğuna görə, çempionluq şansını əldən verib.
Bundan istifadə edən "İnter" doğma meydanda ""Qəbələ" klubunu 4:1 udmaqla birinci yere yüksəlib.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin